Əfqanıstanda son üç gündə baş verən güclü daşqınlar nəticəsində 33 nəfər həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.
Bildirilib ki, bundan əlavə, hazırda Oman ərazisi də təbii fəlakətdən əziyyət çəkir, burada da leysan yağışları yağır.
Qeyd edək ki, daha əvvəl də Rusiya və Qazaxıstanda baş verən daşqınlar xeyli fəlakətə səbəb olub.
Bizim.Media