Türkiyənin Antalya şəhərinin Konyaaltı rayonunda bir nəfərin öldüyü, yeddi nəfərin yaralandığı kanat yolu qəzası ilə bağlı saxlanılan 14 şübhəlidən beşi həbs edilib.
Bizim.Media "ntv.com" saytına istinadən xəbər verir ki, istintaq çərçivəsində Türkiyə Baş Prokurorluğu eyni zamanda Kepez Bələdiyyə Başçısı Mesut Kocagöz haqqında da həbs qərarı çıxarıb. Kocagöz nəzarətə alınıb.
Qeyd edək ki, martın 31-də 56 yaşlı Mesut Kocagöz Cümhuriyyət Xalq Partiyasından (CHP) Kepez bələdiyyəsinə sədr seçilib. O, həmçinin kanat yolina cavabdeh olan “Anet” şirkətinin idarə heyətinin sədri vəzifəsində çalışıb.
Xatırladaq ki, aprelin 13-də Antalyada baş verən qəzada bir nəfər ölüb, 10 nəfər yaralanıb.
Bizim.Media