İzmirdə zəlzələdən 91 saat sonra 4 yaşlı Ayla Gezgin dağıntılar altından sağ çıxarılıb.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları bildiriblər ki, qız qabyuyan maşına sığınmış vəziyyətdə aşkar edilib.
Ayla Gezgin xəstəxanaya yerləşdirilib.
Uşağın xilası ilə bağlı xəbərdən doğan sevincini Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlu Tvitter hesabında bölüşüb:
“Elzem, Ezel, İdil, İnci və indi də Ayla. Çox şükür Rəbbimə. Hər möcüzə bir ümiddir. Qəlbimiz və dualarımız İzmirdə”- deyə nazir qeyd edib.
Bizim.Media