“Facebook”x9dun yaradıcısı Mark Zukerberq Hillari Klintonun seçki kampaniyasının baş strateqi olmuş Coel Benensonu özünə məsləhətçi təyin edib.
Moderator.az lent.az-a istinadən xəbər verir ki, C. Benenson ictimai rəy üzrə (PR) mütəxəssisdir. O, ABŞ-ın sabiq prezidenti Barak Obamanın müşavirlərindən biri olub. C. Benensonun şirkəti “Chan Zuckerberg Initiative”x9d xeyriyyə fondu üçün tədqiqatlar aparacaq.
Lakin bu təyinatı M. Zukerberqin prezident seçkilərinə hazırlığı kimi qiymətləndirənlər də olub. Bir müddətdir “Facebook”x9d rəhbərinin ABŞ-dakı növbəti prezident seçkilərində demokratların namizədi ola biləcəyi barədə iddialar dolaşır.



































































































