Qırğızıstanın Xarici İşlər Nazirliyi Moskvadakı Qırğızıstan səfirliyinin müşavirinə qarşı insidentlə bağlı Rusiya Xarici İşlər Nazirliyinə nota təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan XİN məlumat yayıb.
Qırğızıstan tərəfi hərtərəfli araşdırma aparılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edir.
Qeyd edək ki, Rusiya təhlükəsizlik qüvvələri Moskvada qırğız diplomat Manas Yoldoşbekovun evinə soxularaq qanunsuz axtarış aparıblar.
Onlar diplomatın mənzilinin qapısını sındırıb və ondan miqrasiya qeydiyyatı blankının çıxarıla bilən hissəsini təqdim etməyi tələb ediblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:08 / 12.04.2024
Qırğızıstan Rusiyaya NOTA VERDİ
Hazırda oxunan: Qırğızıstan Rusiyaya NOTA VERDİ
Hazırda oxunan: Qırğızıstan Rusiyaya NOTA VERDİ
186812
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.