ABŞ-dan Türkiyəyə İranla bağlı ÇAĞIRIŞ 

Hazırda oxunan: ABŞ-dan Türkiyəyə İranla bağlı ÇAĞIRIŞ 

186777

“ABŞ dövlət katibi Antoni Blinken bir sıra ölkələrin rəsimləri ilə təmasları zamanı İranı İsraillə münaqişəni gərginləşdirməkdən çəkinməyin vacibliyini izah etməyə çağırıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller növbəti brifinqdə bildirib.

Xarici İşlər Nazirliyinin nümayəndəsi ABŞ-ın təmasda olduğu ölkələr arasında Türkiyə, Səudiyyə Ərəbistanı və Çinin adını çəkib. O qeyd edib ki, Avropa ölkələri ilə də diplomatik qarşılıqlı fəaliyyət aparılır.

Onun sözlərinə görə, Vaşinqton bundan sonra da Tehrana vəziyyəti gərginləşdirməyin nə onun, nə də Yaxın Şərqdəki digər ölkələrin maraqlarına uyğun olduğunu çatdırmağa çalışacaq: 

“Ümid edirik ki, digər tərəfdaşlar da bu mesajı İrana çatdıracaqlar”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin