“Barselona”x9dnın hücumçusu Lionel Mess klubdan ayrılmaq istəyən Neymarla vidalaşıb.
Oxu.az-ın xəbərinə görə, argentinalı bu barədə Instagram səhifəsində paylaşım edib.
“Mənim əziz dostum, Neymar. Bu illəri məmnuniyyətlə səninlə keçirdim. yeni həyatda sənə uğurlar arzulayıram”x9d, - Messi yazıb.
Qeyd edək ki, bundan əvvəl, Barselona 25 yaşlı braziliyalının komandanı tərk etmək istəyini təsdiqləyib. Hücumçu Fransanınm PSJ klubuna keçməyi qərara alıb. Transferinq iyməti 222 milyon avro təşkil edəcək.xa0
Neymar kataloniya klubunda 2013-cü ildən çıxış edir. Onun “Barselona”x9d ilə müqaviləsi 2021-ci ildə bitəcək.xa0
Son mövsümdə futbolçu İspaniya çempionatında 30 oyunda iştirak edib, 13 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb.
































































































