Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada sinaqoqda terror aktının qarşısını alıb.
Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi yazıb.
Qeyd olunur ki, Mərkəzi Asiya ölkəsindən olan şəxs insanların kütləvi toplaşdığı bir vaxtda terror aktı planlaşdırırmış. O, əldəqayırma partlayıcı qurğu hazırlamaq üçün komponentlər alıb.
Həmin şəxs təhlükəsizlik qüvvələri ilə silahlı qarşıdurma zamanı zərərsizləşdirilib.
Bizim.Media