İsveçrənin Avropa Şurasından çıxması TƏLƏB EDİLİR

Hazırda oxunan: İsveçrənin Avropa Şurasından çıxması TƏLƏB EDİLİR

186489

İsveçrənin Avropa Şurasından çıxması tələbi ilə bağlı bəyanat imzalanıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bəyanatı İsveçrənin ən böyük siyasi qüvvəsi hesab edilən sağçı mühafizəkar İsveçrə Xalq Partiyası yayıb.

Partiya Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) İsveçrəni iqlim dəyişikliyi ilə mübarizə üçün adekvat tədbirlər görməməkdə ittiham edən qərarına cavab olaraq bildirib ki, “bu qalmaqallı qərardır”:

“Avropa məhkəmələrində reallığın inkarı açıq şəkildə üstünlük təşkil edir və Strasburq hakimləri İsveçrənin CO2 emissiyalarının azaldılması baxımından nümunəvi olduğunu nəzərə almayıblar.
Odur ki, xarici hakimlərin müdaxiləsini qətiyyətlə pisləyir və İsveçrəni Avropa Şurasından çıxmağa çağırırıq”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin