FTB direktoru: “Rusiya olduqca güclü rəqibdir və əsas kiber təhlükələrdən biri olaraq qalır”

Hazırda oxunan: FTB direktoru: “Rusiya olduqca güclü rəqibdir və əsas kiber təhlükələrdən biri olaraq qalır”

186484

“Rusiya olduqca güclü rəqibdir və əsas kiber təhlükələrdən biri olaraq qalır”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Federal Təhlükəsizlik Bürosunun (FTB) rəhbəri Kristofer Wray bildirib.

O qeyd edib ki, Rusiya hökuməti kiber əməliyyatlarına böyük sərmayə qoymağa davam edir:

“Çünki öz kiber güclərini bizimlə ayaqlaşdıra bilmək üçün asimmetrik silah kimi görür”.

Wray həmçinin qeyd edib ki, Rusiya da Çin kimi həm ABŞ-da, həm də bütün dünyada kritik infrastruktura, o cümlədən dənizaltı kabellərə və sənaye nəzarət sistemlərinə hücum etməkdə davam edir: 
“Ukraynaya səbəbsiz işğalından sonra biz Rusiyanın ABŞ-ın enerji sektorunda kəşfiyyat aparmasının şahidi olduq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin