“Tesla” və “SpaceX”in sahibi amerikalı milyarder İlon Maska qarşı Braziliyada araşdırma başladılıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Maskın rəsmi “X” hesabında braziliyalı hakim Aleşandre de Moraesi Braziliya Konstitusiyasına və xalqına xəyanət etməkdə ittiham etməsi olub.
Belə ki, Mask iddia edib ki, sözügedın hakim böyük cərimələr tətbiq edib, əməkdaşlarımızı həbs etməklə hədələyib və Braziliyada “X” platformasına çıxışı bağlayıb.
Bundan sonra Braziliya məhkəməsi Maskla bağlı istintaq başladıb. Məlum olub ki, Mask sahibi olduğu “X” platformasında çıxarılmış məhkəmə qərarına tabe olmadan, Braziliya Ali Məhkəməsi tərəfindən bloklanmış profilin təkrar aktivləşdirilməsini vəd edib.
Odur ki, hesabları bərpa edəcəyi təqdirdə Maskı məhkəmə tələblərinin yerinə yetirilməməsinə görə gündə təxminən 16 min funt sterlinq (təxminən 20 200 ABŞ dolları) məbləğdə cərimə gözləyir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:48 / 08.04.2024
İlon Maska qarşı bu ölkədə araşdırma BAŞLANIB - Milyarderi nə gözləyir?
Hazırda oxunan: İlon Maska qarşı bu ölkədə araşdırma BAŞLANIB - Milyarderi nə gözləyir?
Hazırda oxunan: İlon Maska qarşı bu ölkədə araşdırma BAŞLANIB - Milyarderi nə gözləyir?
186273
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.