Vyanada insanlara silahlı hücum edən şəxs İŞİD terror qruplaşmasının tərəfdarı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Avstriyanın Daxili İşlər naziri Karl Nehammer bildirib.
Yeni məlumatlara görə ölənlərin sayı 7 nəfərə çatıb.
***
Vyanada terror hücumu nəticəsində yaralananlardan biri də ölüb.
Bizim.Media “RİA Novosti” yə istinadən bildirir ki, bu barədə şəhər meri Mixael Lüdviq açıqlama verib.
Bildirilir ki, ölən şəxs qadındır. Bununla da terror qurbanlarının sayı üç nəfərə çatıb. Qeyd edək ki, ölənlərdən biri terrorçudur.
M.Lüdviqin sözlərinə görə, terrorçulardan azı birinin azadlıqda olması səbəbindən küçədə qalan insanlar evlərinə getməyə qorxur, daldanacaqlarda gizlənirlər. Onlar polislərin köməyilə evlərinə yola salınır.
Xatırladaq ki, Vyanada tüfənglə silahlanmış bir neçə nəfər altı fərqli məkanda ətrafa atəş açıb.Terror aktı zamanı 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Bununla bağlı Avsrtiya Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, xəsarət alanlardan yeddisinin vəziyyəti ağırdır.
DİN silahlıların bir neçə nəfəri girov götürməsi ilə bağlı məlumatı təkzib edib.
Bizim.Media