Slovakiyada prezident seçkilərində Pelleqrini qalib gəldi

Hazırda oxunan: Slovakiyada prezident seçkilərində Pelleqrini qalib gəldi

186035

Slovakiya Milli Şurasının (parlamentinin) sədri, “Səs – Sosial Demokratiya” partiyasının lideri Peter Pelleqrini Slovakiya prezidenti seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə Slovakiya televiziyası məlumat yayıb.

Bülletenlərin 99,8%-nin hesablanmasının nəticələrinə əsasən, seçicilərin 53,18%-i P.Pelleqrininin lehinə, 46,81%-i isə onun rəqibi - Slovakiya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri, liberal müxalifətin nümayəndəsi İvan Korçoka səs verib.

Korçok seçkilərdə məğlub olduğunu etiraf edib və Pelleqrinini dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin