Rusiya höküməti istefa verəcək

Hazırda oxunan: Rusiya höküməti istefa verəcək

186034

Rusiyada Vladimir Putinin andiçmə mərasimi günü hökumət istefa verəcək və ölkədə yeni Nazirlər Kabineti formalaşacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Mənbə qeyd edir ki, hökumət ilk dəfə olaraq 2020-ci il iyulun 1-də Ümumrusiya səsverməsi zamanı təsdiq edilmiş Rusiyanın Konstitusiyasına düzəlişlə müəyyən edilmiş yeni qaydalara əsasən tam formalaşdırılacaq.

Xatırladaq ki, Vladimir Putin martın 15-17-də keçirilən seçki zamanı rəsmi olaraq yenidən Rusiya prezidenti seçilib, seçkinin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib.

Qanuna görə, dövlət başçısının andiçmə mərasimi mayın 7-də baş tutmalıdır və andiçmə günü Nazirlər Kabineti Rusiyanın yeni seçilmiş prezidenti qarşısında səlahiyyətlərinin icrasını dayandırır.

Beləliklə, hökumətin həmin gün istefa verəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin