Orenburq vilayətinin Orsk şəhərində Ural çayı üzərindəki bənd uçub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Hadisə Moskva vaxtı ilə saat 22:18-də (Bakı vaxtı ilə 21:18) qeydə alınıb.
Bəndin uçması nəticəsində ərazini su basıb. Hazırda yaxınlıqdakı ərazilərin sakinləri təxliyə edilir.Səlahiyyətlilər yük maşınları və forkliftlərdən istifadə edərək su basmış əraziləri doldurmağa çalışsalar da, bu heç bir nəticə verməyib.
Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin olduğu iki İl-76 təyyarəsi Moskvadan Orska uçub. Bəndin uçması səbəbindən 4 minə yaxın fərdi yaşayış məntəqələri daşqın altında qala bilər.
Orsk administrasiyası ərazidə fövqəladə vəziyyətin tətbiq olunduğunu elan edib.
Bizim.Media