Nyu-York yaxınlığında 4,8 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Nyu-Yorkdan 40 mil qərbdə, Nyu-Cersi ştatında "Whitehouse Station" yaxınlığında qeydə alınıb.
Bildirilib ki, bu səbəbdən BMT Təhlükəsizlik Şurasının iclası yarımçıq qalıb.
Bizim.Media