Peskovdan XƏBƏRDARLIQ – “5 aprel görüşü region üçün müsbət nəticə verməyəcək” – EKSKLÜZİV

Hazırda oxunan: Peskovdan XƏBƏRDARLIQ – “5 aprel görüşü region üçün müsbət nəticə verməyəcək” – EKSKLÜZİV

185660

5 aprel tarixində Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və Ermənistan rəsmiləri arasında Brüsseldə görüş keçiriləcək. Belə ki, Nikol Paşinyan, Ursula Von der Leyen və Antoni Blinken arasında təşkil ediləcək görüş bir çox suallar da yaradıb.

Xüsusilə də, sözügedən görüşdə Ermənistanın təhlükəsizliyi ilə bağlı paktın imzalanması məsələsi əsas müzakirə mövzularından biridir.

Qərbin hər vəchlə Cənubi Qafqaza daxil olmaq istəyi heç şübhəsiz ki, Rusiyaya qarşı açıla biləcək növbəti cəbhə kimi də səciyyələndirilir. 

Bəs, Kremlin Brüssel görüşü ilə bağlı gözləntiləri nələrdir? 

Mövzu ilə bağlı Bizim.Media-nın suallarını cavablandıran Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, görüşü yaxından izləyəcəklərini və 5 apreldə atılacaq imzaların region üçün müsbət nəticə verməyəcəyini qeyd edib:

“Biz bu görüşü çox böyük bir diqqətlə izləyəcəyik. Əvvəlki kimi, hesab edirik ki, digər dövlətlərin regional işlərdə iştirakının artması müsbət nəticə verməyəcək”, - deyə Peskov bildirib. 
Qeyd edək ki, aprelin 3-də Brüssel görüşü ilə bağlı ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Azərbaycan Prezidenti ABŞ Dövlət katibinə aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmamasının Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayrıcı xətlərin və nəticə etibarilə, gərginliyin yaranmasına gətirib çıxaracağını bildirib.

Tehran Orucoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin