İranın Sistan və Bəlucistan əyalətinin Rask və Çabahar şəhərlərində iki polis məntəqəsinə hücum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İRNA agentliyi yayıb.
Hücum edənlərin “Ceyş əl-Ədl” terror qruplaşmasının üzvləri oluğu deyilir.
“Fars” xəbər agentliyinin məlumatına görə, törədilən terror aktlarında 5 terrorçu zərərsizləşdirilib, 5 təhlükəsizlik qüvvəsi isə həlak olub.
Bildirilib ki, ölənlər arasında Çabahar şəhərinin polis bölməsinin rəis müavini də var.
Bizim.Media