Misirdə bazar günü baş vermiş dəmir yolu qəzasında həlak olanların sayı 23-ə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə açıqlama verən Misirin səhiyyə naziri daha 139 sərnişinin yaralandığını bildirib. Hazırda paytaxt Qahirənin xəstəxanalarında müalicə olunan yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.
MÖVZU İLƏ BAĞLI:
Misirdə qatar qəzası: Yaralananların sayı 109-a çatdı – 8 ölü var
Son bir ayda ard-arda baş verən 3 dəmir yolu qəzası ilə əlaqədar Misir baş prokurorluğu ölkənin Dəmir Yolu Departamentinin 23 işçisinin həbsi barədə sanksiya verib.
Baş prokuror Hamada Əl-Savi bildirib ki, Qalyubiyyədə relsdən çıxmış qatarın maşinisti və onun köməkçisi, habelə çoxlu sayda işçilərə qarşı səhlənkarlıq maddəsi ilə cinayət işi qaldırlıb.
Bizim.Media