Türkiyədə 4,5 bal gücündə zəlzələ oldu

Hazırda oxunan: Türkiyədə 4,5 bal gücündə zəlzələ oldu

185447

Türkiyənin Malatya vilayətində 4,5 bal gücündə zəlzələ olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Mənbə yazır ki, yerli vaxtla saat 10:48-də meydana gələn yeraltı təkanların episentri Malatyanın Doğanşehir rayonudur. Zəlzələ ocağı yerin 13,9 kilometr dərinliyində yerləşib.

AFAD yeraltı təkanların yarada biləcəyi fəsadlarla bağlı vətəndaşlar tərəfindən indiyədək heç bir məlumatın daxil olmadığını bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin