“Hizbullah” İsrailin şimalını atəşə tutdu

Hazırda oxunan: “Hizbullah” İsrailin şimalını atəşə tutdu

185445

“Hizbullah” hərəkatının döyüşçüləri İsrailin şimalında yerləşən ordu mövqelərinə raket zərbələri endirib.

Bizim.Media Əl-Cəzirə telekanalına istinadla xəbər verir ki, İsrail ordusunun hərbi bazalarına altı raket atılıb. Hücumun nəticələri və zərərçəkənlər barədə məlumat yoxdur.

Bundan öncə isə İsrail hərbçiləri Livan ərazisini artilleriyadan atəşə tutublar. Ayt-əş-Şaab, Ramiya, Teyr-Harfa, Şeyxin və Ən-Nakura kəndlərinin ətrafına, həmçinin Livanın cənubunda yerləşən Əl-Labbune dağlıq rayonuna 100-dən çox mərmi düşüb.
“Lebanon 24” portalının məlumatına görə, yəhudi hərbçiləri hücum zamanı fosforlu sursatlardan istifadə ediblər.

Eyni zamanda, Livanın hava məkanına daxil olan İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri “Hizbullah” mövqelərinin yerləşdiyi Bint-Cbeyl və Tir bölgələri üzərində intensiv uçuşlar həyata keçirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin