Türkiyədə keçirilən bələdiyyə seçkilərindən maraqlı GÖRÜNTÜLƏR

Hazırda oxunan: Türkiyədə keçirilən bələdiyyə seçkilərindən maraqlı GÖRÜNTÜLƏR

185047

Bu gün Türkiyədə baş tutan özünüidarə orqanlarına seçkilər seçici fəallığı ilə yanaşı, müxtəlif məqamlarla da yadda qalacaq.

Bizim.Media xəbər verir ki, seçkiyə gələn bəzi vətəndaşlar geyimləri ilə diqqət çəkiblər.

Türkiyənin Adana vilayətində vətəndaşlardan biri məntəqəyə kral geyimində, eyni şəhərdə səs verən başqa biri isə milli geyimdə gəlib.

Düzcədə səs verən Türkiyənin milli idmançısı Muhammet Bişgin isə səsini özünün hazırladığı kosmonavt forması ilə verib. Bilgin geyimini Türkiyənin bu il kosmosa göndərdiyi ilk astronavt ilə əlaqələndirərək, ölkəsinin inkişaf etməsindən qürur hissi keçirdiyini və bunu geyimi ilə ifadə etmək istədiyini bildirib.

Şırnak vilayətinin Çizrə rayonunda səsverməyə gələn 77 yaşlı Azim Serim də geyimi ilə diqqət çəkib. Sarı pencək-şalvar geyinən Serim on ildir özünəməxsus rəngarəng paltarlar geyinir.
Uzun illər ölkə daxili və xaricində Türkiyənin milli kölgə tamaşası “Karagöz ve Hacivat”dan Hacivatı canlandıran sənətçi Bülent Akay seçkiyə personajının geyimi ilə gəlib. Bursalı sənətçi Bahtiyar Keskin isə Karagözün paltarını geyinərək səsini verib.

Tokatın Zile rayonunda isə yerli qadınlar məntəqəyə gələrkən bölgənin milli geyimlərini geyiniblər.

Türkiyədə vətəndaşlar arasında milli geyimlərlə at üzərində səsverməyə gələnlər də olub.

Seçkiyə tutuquşu, toyuq kimi canlılarla gələnlər də böyük maraq doğurublar.

Hər zaman olduğu kimi, bu seçkilərdə də səsvermə hüququ olmasına baxmayaraq, müəyyən səbəblərdən seçkiyə gələ bilməyən vətəndaşlar üçün səyyar qutular hazırlanaraq onların ünvanlarına çatdırılıb. Lakin, Türkiyənin Kırklareli vilayətində yaşayan 85 yaşlı yataq xəstəsi olan Ali Mızrak məntəqəyə gedərək səs vermək istədiyini bildirib. O, şəhərin təcili tibbi yardım qruplarının köməyi ilə xərəkdə məntəqəyə gətirilərək səsini verib.

Ali Mızrak kimi evdə səs vermək istəməyən bir çox vətəndaş da məntəqələrə gətirilib.

Bu gün Türkiyədə səs verənlər arasında dünyanın ən uzun boylu qadını və kişisi də var idi.
Türkiyənin Karabük vilayətinin Safranbolu rayonunda yaşayan, “Dünyanın ən uzun boylu qadını” olaraq “Ginnesin Rekordlar kitabı”na düşən Rumeysa Gelgi 2 metr 15 santimetr boya sahibdir.

Mardində yaşayan "Dünyanın ən uzun boylu kişisi" adına sahip Sultan Kösenin boyu isə 2 metr 51 santimetrdir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin