İlon Mask: “Ukrayna Rusiya ilə danışıqlara razılıq verməsə, Odessanı itirəcək”

Hazırda oxunan: İlon Mask: “Ukrayna Rusiya ilə danışıqlara razılıq verməsə, Odessanı itirəcək”

184968

Ukrayna Rusiya ilə danışıqlara razılıq verməsə, Odessanı və Qara dənizə çıxışını itirmək riski ilə üzləşəcək.

Bizim.Media xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X səhifəsində yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski: Rusiya Ukraynaya 60-dan çox “Şahed” və 90-a yaxın raket zərbəsi endirib


“Rusiyanın bütün Ukraynaya nəzarəti ələ keçirmək şansı yoxdur, lakin Rusiya indikindən daha çox torpaq əldə edəcək.

Hərbi qarşıdurma nə qədər uzun sürsə, Rusiya Dneprə çatana qədər daha çox ərazi qazanacaq. Ancaq müharibə kifayət qədər uzun sürərsə, Odessa da ələ keçiriləcək. 

Nəticədə Ukrayna Qara dənizə çıxışını bütünlüklə itirəcək. Bu baş verməmişdən əvvəl Ukraynaya danışıqlar yolu ilə məsələni həll etməyi tövsiyə edirəm”, - deyə Space şirkətinin sahibi vurğulayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin