Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) xüsusi təyinatlıları Mahaçqala və Kaspiyskdə yaşayış binalarının bir neçə mənzilində silahlı terrorçuların fəaliyyətinin qarşısını alıblar
Bizim.Media xəbər verir ki, bu barədə iz.ru saytı yazıb.
Mənbə qeyd edir ki, Dağıstanın təhlükəsizlik orqanları əməliyyat-axtarış tədbirləri zamanı terrorçuluq fəaliyyətində iştirak edən silahlı şəxslərin harada olması barədə məlumat alıblar.
Bu gecə FTX-nin xüsusi təyinatlıları Mahaçqala və Kaspiysk şəhərlərinin yaşayış massivlərində bir neçə mənzili mühasirəyə alıblar. Bitişik evlərin sakinləri təxliyə ediliblər.
Yaraqlıların aşkar olunduğu ərazidə terrorla mübarizə əməliyyatı üçün qanuni rejim tətbiq edilib.
Bizim.Media