Rusiyalı politoloq: “Qərb Ermənistana heç bir təhlükəsizlik zəmanəti verməyəcək”

Hazırda oxunan: Rusiyalı politoloq: “Qərb Ermənistana heç bir təhlükəsizlik zəmanəti verməyəcək”

184835

“Təhlükəsizliyin təminatı, ikitərəfli münasibətlər təkcə sırf hərbi komponentlə deyil, həm də siyasi təminatlarla bağlı olan sistemli bir hadisədir”.

Bizim.Media xəbər verir ki , bu sözləri rusiyalı politoloq Andrey Areşev Ermənistan mətbuatına müsahibəsində deyib. 

Onun sözlərinə görə, təhlükəsizlik təminatları siyasi təminatlardan irəli gəlir.

Təhlilçinin fikrincə, əgər Qərb sırf təhlükəsizlik təminatlarından kənarda qalarsa, bu o deməkdir ki, Ermənistanla bağlı siyasi məsuliyyəti öz üzərinə götürmək istəyi yoxdur. Lakin onun fikrincə, Ermənistanın Rusiyadan ayrılmasına böyük maraq var, ona görə də İrəvanın düzgün addım atdığını və Qərblə münasibətlərin dərinləşdiyini göstərmək üçün hər şey edilir.

“Qərb özünün şəxsi anti-Rusiya və anti-İran maraqlarını irəli sürür, ona görə də Rusiyanın reaksiyası daha sərtdir. Hesab edirəm ki, bütövlükdə Qərb yalan danışmır, bəli, bu görüşdən sonra Ermənistana hansısa iqtisasi yardımlar olacaq, amma siyasi təhlükəsizliyə heç bir zəmanət verilməyəcək”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin