İran səfiri: “Qərb ölkələrinin müdaxiləsi regionda vəziyyəti mürəkkəbləşdirəcək”

Hazırda oxunan: İran səfiri: “Qərb ölkələrinin müdaxiləsi regionda vəziyyəti mürəkkəbləşdirəcək”

184821

“Qərb ölkələrinin regiona müdaxiləsi təcrübəsi uğurlu hesab olunmur”.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi deyib.

Onun sözlərinə görə, İran hər zaman regional məsələlərin bölgədə yerləşən ölkələrin potensialından yararlanaraq həllinə təkid edib: 

"Regional məsələlərin həllinə heç kömək etməyəcəklər, əksinə, bu məsələlərin mürəkkəbləşməsinə gətirib çıxaracaqlar. Çünki bu dövlətlər region ölkələrinin maraqlarını deyil, əsasən öz maraqlarını təmin etməyə çalışırlar".

Səfir region ölkələrinin öz məsələlərini özləri həll etmək gücündə olduğuna inandığını söyləyib:

"İran bu istiqamətdə iki və çoxtərəfli təmaslarını davam etdirir".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin