Britaniya ordusu 100 illik qadağanı DƏYİŞİR 

Hazırda oxunan: Britaniya ordusu 100 illik qadağanı DƏYİŞİR 

184819

Britaniya ordusunda 100 illik qayda dəyişdirilir.

Bizim.Media xəbər verir ki, yeni dəyişikliyə əsasən artıq ordudaki əsgər və zabitlərə saqqal saxlamağa icazə veriləcək.

Ordu rəhbərliyi bu siyasətin yeni əsgərləri cəlb etməyə kömək edəcəyinə ümid edir. Bildirilib ki, saqqal və bığlar səliqəli, baxımlı olmalıdır və bu, müntəzəm olaraq yoxlanılacaq.

Müdafiə naziri Qrant Şapps keçən il mediaya verdiyi müsahibədə orduda saqqal saxlamağın qadağan edilməsinin gülünc olduğunu bildirmişdi və o, qurumu modernləşdirməyə çağırış etmişdi.

Kral Hərbi Dəniz Qüvvələrində uzun müddətdir ki, saqqal saxlamağa icazə verilir və Hava Qüvvələrində 2019-cu ildə saqqal qadağası ləğv edilib. Lakin Britaniya ordusu indiyə qədər yalnız sağlamlıq, dini və ya əməliyyat səbəblərinə görə saqqala icazə verirdi.

Qeyd edək ki, Danimarka, Almaniya və Belçika kimi bir neçə Avropa ölkəsinin ordusu əsgərlərə saqqal saxlamağa icazə verir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin