“Crocus” hadisəsində əli olanların ifadələrindən: Naməlum şəxs “Telegram” vasitəsilə onlara göstəriş verib

Hazırda oxunan: “Crocus” hadisəsində əli olanların ifadələrindən: Naməlum şəxs “Telegram” vasitəsilə onlara göstəriş verib

184797

“Crocus City Hall” konsert zalında terror aktı törətməkdə təqsirləndirilən şəxslərin hərəkətlərini həm hazırlıq mərhələsində, həm də silahlı hücumdan sonra “Telegram” messencerində səsli mesajlar vasitəsilə bir kişi koordinasiya edib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, təqsirləndirilən şəxslər etiraf ediblər ki, koordinasiya edən kişi özünü onlara təxəllüs adı (nickname) ilə təqdim edib. İfadələrə əsasən, koordinatorun göstərişi ilə terrorçular cinayəti törətdikdən sonra avtomobillə Rusiya-Ukrayna sərhəddinə doğru gediblər, sərhədi keçmək və onlara vəd olunan mükafatı almaq üçün Kiyevə getmək istəyiblər.

Qeyd edək ki, martın 22-də axşam saatlarında bir neçə silahlı şəxs Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalına daxil olaraq ziyarətçilərə və mərkəzin işçilərinə atəş açıb. Daha sonra konsert zalı yandırılıb. 
Terror aktı zamanı 143 nəfər həlak olub, 382 insan yaralanıb.

Hadisəni İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin