Rusiya Moldovanın ölkədəki səfirini “persona non-qrata” ELAN ETDI

Hazırda oxunan: Rusiya Moldovanın ölkədəki səfirini “persona non-qrata” ELAN ETDI

184774

Moldovanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN bəyanat yayıb.

Bildirilib ki, səfir Lilian Dariusun rusiyalı diplomatın Moldovadan çıxarılmasına və Rusiya nümayəndə heyətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının konfransının sessiyasına buraxılmamasına etiraz əlaməti olaraq XİN-ə çağırılıb.
Diplomatın nəzərinə çatdırılıb ki, rəsmi Moskva cavab tədbiri olaraq Moldovanın ölkədəki səfirliyinin əməkdaşını “persona non-qrata” elan edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin