Mahmud Abbas yeni hökumətin tərkibini TƏSDİQLƏDİ

Hazırda oxunan: Mahmud Abbas yeni hökumətin tərkibini TƏSDİQLƏDİ

184623

Fələstin Prezidenti Mahmud Abbas Məhəmməd Mustafanın başçılığı ilə yeni hökumətin tərkibini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Fələstinin “WAFA” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, baş nazir rəhbərlik etdiyi Nazirlər Kabinetinin, eləcə də onun tərkibinin həyata keçirməyi planlaşdırdığı islahatlar proqramını Prezidentə təqdim edib. 

Fələstin Milli Administrasiyasının rəhbəri təqdim olunan sənədlərlə tanış olub və yeni hökuməti təsdiq edən fərman imzalayıb.

Onun martın 31-i and içəcəyi gözlənilir. Qeyd edək ki, Məhəmməd Mustafa Baş nazir postu ilə yanaşı, xarici işlər naziri vəzifəsini də tutacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin