Rusiyanın paytaxtı Moskvada yerləşən ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb.
Bizim.Media xəbər verir ki, bu barədə TASS-a Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, Moskvanın şimal-qərbində yerləşən “Şuka” ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb, insanlar mərkəzdən təxliyə edilib.
Hadisə yerinə polis və kinoloqlar cəlb edilib.
Bizim.Media