“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası üçüncü dəfə qalib oldu

Hazırda oxunan: “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası üçüncü dəfə qalib oldu

1844

Gürcüstanda parlament seçkiləri başa çatıb. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası seçicilərin 48,15 faizinin səsini qazanmaqla üçüncü dəfə seçkilərdə qalib gəlib. Bu qələbə həm də “Gürcü arzusu”na hökuməti formalaşdırmaq səlahiyyəti verir.

Qeyd edək ki, bu seçkilərdə ümumilikdə 48 partiya və 2 seçici bloku iştirak edib. Onlardan yalnız 9-u parlamentdə təmsil olunmaq hüququ qazanıb.

Yeni qanuna əsasən, proporsional seçkilərdə ən azı 40,5 faiz səs toplayan partiya hökumət formalaşdıra biləcək. Əgər partiyanın nəticəsi daha az olsa, hətta majoritar dairələrdə qələbə qazanmış olsa belə təkbaşına hökumət qura bilməyəcək.

Amma 40,5 faiz səs yenə də hökumət qurmaq üçün lazım olan çoxluq demək deyil. Bu, sadəcə 48 yer deməkdir. Hökuməti təsdiqləmək üçün 150 parlament üzvündən əksəriyyətinin – 76-nın dəstəyi lazımdır. Yəni, 40,5 faizlik həddi keçən partiyaya hökumət formalaşdırmaq üçün əlavə 28 yer lazımdır. Partiya ya majoritar dairələrdən 28 yer qazanmalıdır, ya da istənilən digər partiya ilə koalisiya haqqında düşünməlidir.

Lakin hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” Partiyasi seçkilərdə proporsional sistem üzrə 61 deputat mandatı əldə edib. Hökuməti qurmaq üçün hakim partiyaya 30 majoritar dairədən ən azı 15 mandat əldə etməlidir və artıq birinci turda 14 deputat qazanıb.

Noyabrın 21-də keçiriləcək ikinci turda bir mandat belə “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasına hökumət qurmağa kifayət edəcək.

Amma partiyanın majoritar dairələr üzrə daha bir neçə mandat qazanacağı gözlənilir. Bu isə ona hökuməti şəksiz formalaşdırmağa imkan verəcək. Çünki hökuməti formalaşdırmaq üçün hakim partiyaya 76 deputat mandatı lazımdır. Hakim partiya isə proporsional və majoritar sistem üzrə artıq 75 mandat əldə edib.

Qeyd edək ki, seçkilərdə ilkin nəticələrə əsasən, proporsional sistem üzrə “Vahid Milli Hərəkat – Güc birlikdədir” seçki bloku 34, “Avropalı Gürcüstan” partiyası 4, “Aqmaşenebeli strategiyası” siyasi birliyi 4, “Lelo” partiyası 4, “Vətənpərvərlər Alyansı” 4, “Qirçi” 3, “Vətəndaşlar – Aleko Elisaşvili” hərəkatı 1, Leyboristlər partiyası isə 1 mandat əldə edib.

Noyabrın 21-də majoritar dairələrdə keçiriləcək ikinci turun nəticələrinə görə bu rəqəmlər qismən dəyişə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin