Səudiyyə Ərəbistanı 1000 yaşı olan məscidi yenidən açdı - FOTO

Hazırda oxunan: Səudiyyə Ərəbistanı 1000 yaşı olan məscidi yenidən açdı - FOTO

18434

Səudiyyə Ərəbistanında 20 il istifadəsiz qalan və təxminən min il əvvəl tikilən məscid açılıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “trtrussian.com” saytı Səudiyyə Mətbuat Agentliyinə istinadən yayıb.

Mənbə yazır ki, Baha şəhərindən 30 km məsafədə, eyni adlı kənddə yerləşən at-Taul məscidi bölgədəki ən qədim məscidlərdən biridir. Onun təxminən 1000-ə yaxın yaşı var.

Dini bina ən müxtəlif formalı daşlardan tikildiyi və damının ardıc gövdələrindən inşa edildiyi ilə seçilir. Binanın damına nərdivanla çıxırlar və azan oxuyurlar.

Təxminən 300 kvadrat metr sahəsi olan məsciddə 130 nəfər ibadət edə bilər. İllərlə istifadəsiz qalan məscidi açmaq üçün səlahiyyətlilər bənzərsiz tarixi ləzzəti qoruyaraq təmir işləri aparıblar.

Yaşlı sakinlərdən biri Əbdüləziz Əl-Zəhrani Səudiyyə Mətbuat Agentliyinə bildirib ki, məscidin bərpası heç bir müasir texnologiya olmadan kəndin ənənələrinə uyğun olaraq həyata keçirilib. O, bu prosesin kəndlilərin mənəviyyatını əhəmiyyətli dərəcədə yüksəltdiyini söyləyib.

Məscidin bərpası vəliəhd şahzadə Məhəmməd bin Salmanın krallıqdakı tarixi ziyarətgahların yenidən qurulması layihəsi çərçivəsində həyata keçirilib.

Bundan əvvəl Səudiyyə Ərəbistanı Krallığın Şərq əyalətindəki Əl-Əhsa valiliyində 300 illik bir məscid açıb. Məsciddə dini məktəb bərpa edilib. Üç əsr əvvəl gənclər burada təhsil alıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin