“Crocus City Hall”da aparılan axtarış-xilasetmə işləri artıq yekunlaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, 900 kubmetrdən çox dağılmış konstruksiya sökülərək binadan çıxarılıb. Sonrakı işlər mühəndis avadanlıqları vasitəsilə mexaniki üsulla aparılacaq.
Qeyd edək ki, martın 22-də axşam saatlarında bir neçə silahlı şəxs Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalına daxil olaraq ziyarətçilərə və mərkəzin işçilərinə atəş açıb. Daha sonra konsert zalı yandırılıb.
Terror aktı zamanı 139 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb.
Bizim.Media