“Crocus Group”un prezidenti Araz Ağalarov bildirib ki, şirkət Rusiyada obyektlərin tikintisi üzrə fəaliyyətini davam etdirmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Baş verən hücumu "Crocus"un sahibi Araz Ağalarov belə şərh etdi - VİDEO
“Terrorçuların məqsədi məhv etməkdir. Bizim missiyamız isə yaratmaq. Terror qurbanlarını yad edərək, işimizi davam etdirəcəyik”, - deyə Ağalarov bildirib.
O, vurğulayıb ki, şirkət faciənin nəticələrinin öhdəsindən gələrək, ölkəyə xidmət edən obyektlər yaratmağa davam edəcək.
Bizim.Media