Macarıstanın baş diplomatı OD PÜSKÜRDÜ: “Avropada siyasətçilər sağlam düşüncələrini itirirlər”

Hazırda oxunan: Macarıstanın baş diplomatı OD PÜSKÜRDÜ: “Avropada siyasətçilər sağlam düşüncələrini itirirlər”

184005

“Avropa İttifaqının və bir çox icma ölkələrinin liderləri Ukraynadakı münaqişəni şəxsi məsələyə çevirərək hərbi psixozun əsiridir və bunun nəticəsi Qərb qoşunlarının ora göndərilməsi ola bilər”.

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “Kossuth” radiostansiyasına açıqlamasında bildirib.

Onun fikrincə, Avropada siyasətçilər sağlam düşüncələrini itirməyə başlayırlar, əksəriyyəti müharibə psixozundan əziyyət çəkirlər:

“Müharibə dilində danışırlar və elə düşünürlər ki, elə bil özləri müharibənin içindədirlər. Açıq-aşkar Rusiya ilə Ukrayna arasındakı müharibəni şəxsi məsələyə çevirməyə başlayıblar və artıq sağlam düşüncədən istifadə edərək qərar qəbul edə bilmirlər. Bu, Ukraynaya quru qoşunlarının göndərilməsi ilə bağlı bəyanatlarla nəticələnə bilər”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin