"Budur, "Crocus"dayıq. Konsertin başlamasına 10 dəqiqə var, amma camaat nədənsə ləng toplaşır".
Bizim.Media xəbər verir ki, bu, Sıtnikov ailəsinin qızına göndərdikləri son videodur.
Oleq və Lyudmila Sıtnikov çoxdan "Piknik" qrupunun pərəstişkarlarıdır. Onlar heç nəyi qaçırmamaq üçün "Crocus City Hall"dakı konsertə erkən gəlmişdilər.
Hücumdan sonra Sıtnikovlardan xəbər yoxdur. Artıq iki gündür ki, yaxınları onları axtarır.
Oleq və Lyudmilanın adları ölən və yaralananlar siyahısında da yoxdur.
Bizim.Media