İspaniyanın Ali Məhkəməsi yerli media şirkətləri Mediaset, Atresmedia və Movistar Plus-un tətbiqin istifadəçilərə müəllif hüquqları icazəsi olmadan audiovizual məzmun yükləməyə imkan verməsi ilə bağlı şikayətlərindən sonra Telegram mesajlaşma proqramının ölkədə fəaliyyətinin dayandırılmasına qərar verib.
Bizim.Media bu barədə “Reuters”-ə istinadən xəbər verir.
Qeyd olunur ki, İspaniyada Telegram-dan istifadə martın 25-dən müvəqqəti olaraq dayandırılacaq.
Hakim Santiago Pedraz iddialar araşdırılarkən messencerin ölkədəki xidmətlərinin bloklanmasına razılıq verib. Məhkəmə mənbəsinin sözlərinə görə, Telegram xidmətlərinin bloklanması mobil operatorların üzərinə düşəcək. İstintaqın nə qədər davam edəcəyi açıqlanmır. Telegram rəhbərliyinin isə məsələyə reaksiyası məlum deyil.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:40 / 23.03.2024
İspaniyada Telegram-ın qadağan edilməsinin səbəbi BƏLLİ OLDU
Hazırda oxunan: İspaniyada Telegram-ın qadağan edilməsinin səbəbi BƏLLİ OLDU
Hazırda oxunan: İspaniyada Telegram-ın qadağan edilməsinin səbəbi BƏLLİ OLDU
183936
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.