“Moskvada terror aktı martın 9-da “Crocus City”də, prezident seçkilərindən əvvəl planlaşdırılırdı”.
Bizim.Media xəbər verir ki, bu barədə politoloq Sergey Markov özünün sosial şəbəkədəki səhifəsində yazıb.
“Terror aktının martın 9-da “Crocus City”də Şamanın konsertində törədilməsi planlaşdırılıb. Seçkilərdən əvvəl, Putinin etibarlı şəxsinin konsertində bu akt, seçkidən əvvəlki vəziyyəti qeyri-sabit vəziyyətə gətirməli idi. Lakin ABŞ Dövlət Departamenti terror aktının qəti şəkildə əleyhinə idi və martın 7-də konsertdə və ya ticarət mərkəzində 8 mart ərəfəsində mümkün terror aktı barədə açıq xəbərdarlıq etdi”, - deyə S. Markov yazıb.
Xatırladaq ki, ABŞ və Britaniyanın Moskvadakı səfirlikləri Rusiyada olan vətəndaşlarını 8 və 9 mart tarixlərində ekstremistlərin hücum təhlükəsinə görə kütləvi tədbirlərdə iştirak etməməyə çağırıblar.
Bu tövsiyə diplomatik nümayəndəliklərin saytında dərc edilib. Həmin vaxt Rusiya spikerləri terror təhlükəsi ilə bağlı xəbərləri ciddi qəbul etməyin zəruriliyinə şübhə ilə yanaşıblar.
Markov qeyd edib ki, seçkilərdən əvvəl Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib, iki təxribatçı qrup həbs edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:28 / 23.03.2024
Moskvada terror aktı prezident seçkilərindən əvvəl planlaşdırılırdı – Rusiyalı politoloq
Hazırda oxunan: Moskvada terror aktı prezident seçkilərindən əvvəl planlaşdırılırdı – Rusiyalı politoloq
Hazırda oxunan: Moskvada terror aktı prezident seçkilərindən əvvəl planlaşdırılırdı – Rusiyalı politoloq
183898
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.