Xəbər verdiyimiz kimi, dünən Moskva vilayətində yerləşən "Crocus City Hall"da terror aktı baş verib.
Bizim.Media xəbər verir ki, terror hücumundan sonra Rusiya Prezidenti Vladimir Putinin martın 19-da Federal Təhlükəsizlik Xidmətinin kollegiya iclasında Qərbin terror xəbərdarlığına verdiyi reaksiya yenidən gündəmə gəlib.
Həmin çıxışında Putin "Bütün bunlar açıq şantajı və cəmiyyətimizi qorxutmaq, destabilizasiya etmək niyyətini xatırladır", - deyə bildirmişdi.
Bizim.Media