“Ukrayna iyunda Rusiya istehsalı olan nüvə reaktorları əldə edəcək” – AÇIQLAMA 

Hazırda oxunan: “Ukrayna iyunda Rusiya istehsalı olan nüvə reaktorları əldə edəcək” – AÇIQLAMA 

183850

“Ukrayna hökuməti yay aylarına qədər Bolqarıstandan Rusiya istehsalı olan avadanlıqla təchiz edilmiş iki nüvə reaktoru almaq niyyətindədir”. 

Bizim.Media xəbər verir ki, bu fikriləri Ukraynanın “Enerqoatom” Nüvə Enerjisi İstehsalçı Milli Şirkətinin rəhbəri Petr Kotin “reuters”ə açıqlamasında bildirib. 

“Ukrayna və Bolqarıstan hökumətləri arasında danışıqlar davam edir. Düşünürəm ki, iyunda biz Bolqarıstanla bu avadanlığın alınması üçün müqavilə bağlayacağıq”, – Kotin deyib .

Onun sözlərinə görə, iki nüvə reaktorundan birinin quraşdırılmasına iyun ayında başlana bilər.
Bu halda, “Energoatom” iki-üç ildən sonra Xmelnitski AES-in yeni hissəsində istismara verilməsi işlərinə başlaya biləcək. 

“İndi şirkət həmçinin Amerikanın “General Electric” şirkəti ilə enerji bloku üçün turbinin tikintisi ilə bağlı danışıqlar aparır”, - deyə Petr Kotin əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin