Medvedevdən terrora reaksiya: "Ölümə ölüm!"

Hazırda oxunan: Medvedevdən terrora reaksiya: "Ölümə ölüm!"

183808

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Moskvada baş verən terror hadisəsi barədə telegram kanalında paylaşım edib.

Bizim.Media xəbər verir ki, Medvedev terror aktında həlak olanların ailələrinə başsağlığı, həlak olanların bütün yaxınlarına səbir diləyib.

Onun sözlərinə görə, terrorçular ancaq cavab terrorunu başa düşürlər:

"Əgər gücə güclə, terroristlərin total edam edilməsi və onların ailələrinə qarşı repressiyalarla ölümlərə qarşı çıxılmazsa, heç bir məhkəmə və ya araşdırma kömək etməyəcək. Dünya təcrübəsi belədir".
Medvedev əlavə edib ki, əgər terrorçuların Kiyev rejiminin terrorçuları olduğu müəyyən edilərsə, onlarla və onların ideoloji ilhamvericiləri ilə başqa cür məşğul olmaq mümkün deyil: "Onların hamısı terrorçu kimi tapılmalı və amansızcasına məhv edilməlidir. O cümlədən belə vəhşiliyə yol verən dövlət məmurları da. Ölümə ölüm!" deyə Medvedev yazıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin