ABŞ dövlət katibi Antoni Blinkenin İsrailə səfəri başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin Qüdsdəki səfirliyindən bildirilib.
Qeyd olunub ki, A.Blinken İsrailin Ben Qurion hava limanına çatıb.
ABŞ dövlət katibinin bu gün İsraildə bir sıra görüşlər keçirəcəyi və HƏMAS-la İsrail arasında davam edən müharibəni müzakirə edəcəyi gözlənilir.
Qeyd olunub ki, o, Qəzza zolağında dərhal atəşkəs haqqında razılığın əldə edilməsi səylərini müzakirə etmək niyyətindədir.
Xatırladaq ki, bu, 2023-cü ilin oktyabr ayında Yaxın Şərqdə müharibə başlayandan bəri A.Blinkenin İsrailə altıncı səfəridir.
Bizim.Media