NATO rəsmisindən ŞOK AÇIQLAMA: “Rusiya ilə toqquşmağa hazırıq”

Hazırda oxunan: NATO rəsmisindən ŞOK AÇIQLAMA: “Rusiya ilə toqquşmağa hazırıq”

183724

“NATO Rusiya ilə potensial münaqişəyə hazırdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri NATO-nun hərbi komitəsinin rəhbəri, admiral Rob Bauer Kiyevə səfəri zamanı “Army Inform” nəşrinə müsahibəsində deyib.

“Biz hazırıqmı? Cavab: Bəli! Bu bizim qarşımıza qoyduğumuz əsas məqsəddir - hazır olmaq. Əgər bu gün baş verərsə, o zaman əlimizdə olanlarla mübarizə aparmalıyıq. Bu, həmişə bu günə hazırlıqlı olmaq və eyni zamanda gələcək üçün imkanları təkmilləşdirməyin kombinasiyasıdır”, - deyə Bauer vurğulayıb.

O qeyd edib ki, NATO Rusiya ilə münaqişənin mümkünlüyü barədə hələ 2014-cü ildə Krımın işğalından sonra düşünməyə başlayıb.

“Bu, çox vacib bir məqam idi ki, NATO-nun kollektiv təhlükəsizliyə qayıtmağın zəruri olduğunu anladıq. Bu, bizim əsas məqsədlərimizdən biridir. Çünki son 20-30 il ərzində biz yalnız böhran vəziyyətlərinə reaksiya verilməsi üzərində cəmləşmişdik”, - deyə rəsmi əlavə edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin