Bu ölkədə prezident və nazirlər maaşdan imtina ediblər

Hazırda oxunan: Bu ölkədə prezident və nazirlər maaşdan imtina ediblər

183645

Pakistanın Baş naziri Şahbaz Şərif və federal hökumətin nazirləri könüllü olaraq maaş və müavinətlərdən imtina ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Pakistan Today” qəzeti yayıb.

Bildirilir ki, rəsmilər bu addımı ölkənin Nazirlər Kabinetinin hökumət xərclərini azaltmağa yönələn qənaət tədbirləri çərçivəsində atıblar. 

Həmçinin qeyd olunub ki, bu həftənin əvvəli Pakistan Prezidenti Asif Ali Zardari də maaş və müavinət almaqdan imtina edib. 

Qeyd edək ki, dövlət xərclərinə qənaətlə bağlı tədbirlərin tətbiqi fevral ayında baş tutan parlament seçkilərindən sonra formalaşan yeni federal hökumətin ilk addımlarından biri olub.

Martın 18-də Nazirlər Kabineti sözügedən tədbirlər çərçivəsində nazirlərin və dövlət məmurlarının xarici ölkələrə səfərlərini məhdudlaşdırıb. Belə ki, nazirlər, məmurlar, onların müşavir və köməkçiləri xarici ölkələrə ildə 3 dəfədən çox səfər edə bilməz və bu səfərlər yalnız müvafiq qurumların icazəsi əsasında həyata keçirilə bilər. Eyni zamanda, dövlət rəsmilərinə xarici səfərlər zamanı beş ulduzlu hotellərdə qalmaq qadağan edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin