Türkiyədə son 24 saat ərzində üç mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki , bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, üç mütəşəkkil cinayət qrupunun – “Əhli-Keyf”, “Çetebeli” və “Kardeşler”in ümumilikdə 63 üzvü saxlanılıb. Qrupların liderləri Mahsun Özer, Çetin Çağlayan və Harun Pehlivan da saxlanılıb.
Əməliyyatlar İstanbul, Muğla və İzmir şəhərlərində həyata keçirilib.
Bizim.Media