Şolts: “Rusiya kimi ölkədə azadlıq barədə israr etmək çətindir”

Hazırda oxunan: Şolts: “Rusiya kimi ölkədə azadlıq barədə israr etmək çətindir”

183523

“Əgər Rusiya prezidenti Vladimir Putin hesab edirsə ki, ona sadəcə bu müharibəni gözləmək lazımdır və Ukraynaya dəstəyimiz zəifləyəcək, deməli, səhv edib. Hərbi nöqteyi-nəzərdən Ukraynadakı əməliyyatlar qəddardır, daim yeni gücləndirmələr təşkil olunur”.

Bizim.Media xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.

O, Rusiyada keçirilən prezident seçkilərini də şərh edib: “Son vaxtlar biz saxta seçkilərin, müxalifətin təqib olunmasının şahidi oluruq. Bunlar güc əlaməti deyil.

Almaniya Rusiyada hökm sürən siyasi repressiyaların miqyası barədə özümüzü aldatmır. Və demək istəyirəm ki, biz cəsur qadınlara və kişilərə heyranıq. Belə bir ölkədə azadlıqda israr etmək həqiqətən çətindir. Onlar bunu edirlər. Bizim həmrəyliyimiz və qəlbimiz onlarladır”, - Almaniya kansleri bildirib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin