Yaponiyanın Sakit okeandakı İvo Jima adasının sahilində yerləşən və zamanla su altında qalan vulkan bir neçə saat əvvəl aktivləşib və səthə doğru tüstü atmağa başlayıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yaponiya Sahil Mühafizəsi Xidmətinin rəsmiləri hadisəni havadan müşahidə ediblər.
Onlar vulkanın martın 16-da aktivləşdiyini və səthə tüstü atdığını açıqlayıblar.
Ölkə rəsmiləri vulkanın ətrafdakı gəmilər üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib.
Alimlərin iddiasına görə, ada keçən il vulkan püskürməsi nəticəsində əmələ gəlib, lakin zamanla eroziya nəticəsində su altında qalıb və tədricən su səthindən yoxa çıxıb.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Dünya
15:12 / 20.03.2024
Yaponiyada vulkan püskürdü - FOTO
Hazırda oxunan: Yaponiyada vulkan püskürdü - FOTO
Hazırda oxunan: Yaponiyada vulkan püskürdü - FOTO
183474
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.