İstintaqa cəlb edilən fenomen cütlüyün qəyyumunun müəmmalı ölümü - FOTO

Hazırda oxunan: İstintaqa cəlb edilən fenomen cütlüyün qəyyumunun müəmmalı ölümü - FOTO

183458

Anadolu Cümhuriyyət Baş Prokurorluğu tərəfindən beş ayrı cinayətə görə istintaqa cəlb edilən sosial media fenomenləri Tayyar və Özlem Öz cütlüyü ilə bağlı yeni faktlar üzə çıxıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə ay öncə Türkiyədə sosial media fenomenləri çirkli pulların yuyulması və digər qanunsuzluqlarda ittiham olunaraq saxlanılıblar.

Onların arasında yer alan, dəbdəbəli həyatlarına görə ölkə xaricinə çıxışına qadağa qoyulan və əmlakları müsadirə edilən cütlüyün şirkətlərinin qəyyumu Bünyamin Ergün intihar edib.

İstanbuldakı evinin 9-cu mərtəbəsindən özünü atan qəyyum bu qeydləri edib:

“Çox sayda pislik var. Nə etdimsə, özümə etdim, heç kimin günahı yoxdur”.

Xatırladaq ki, sosial media fenomenləri ilə bağlı keçirilən əməliyyatlar çərçivəsində noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.

Noyabrın 14-ü sosial media fenomenləri Bahar və Nihal Candan bacıları çirkli pulların yuyulması iddiaları ilə saxlanılıb.

Noyabrın 23-ü isə müğənni və fenomen Banu Parlak saxlanılsa da, sərbəst buraxılmışdı.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin