Səudiyyə Ərəbistanından Qafqaz Müsəlmanları İdarəsinə həcc ziyarətinin üçüncü mərhələsini təşkili ilə bağlı şərtlər göndərilib. Şərtlərə görə, pandemiya dövründə ilk xarici zəvvarlar Səudiyyə Ərəbistanda 10 gün qala bilərlər.
Zəvvarlar ölkəyə girişdən dərhal sonra koronavirus testindən keçərək üç günlük təcrid olunacaqlar. İlkin şərtlərdə ziyarətə yalnız 50 yaşa qədər olan insanlar buraxılıb.
Bizim.Media saytına QİM-nin həcc ziyarətinin təşkili şöbəsindən verilən məlumata görə qurum hələki şərtlərə bağlı heç bir addım atmayıb. Əlavə edilib ki, indiki şəraitlə əlaqədar olaraq QİM gözləmə mövqeyindədir.
İlahiyyatçı alim, din xadimi Hacı Şahin Həsənli Bizim.Media saytına bildirir ki, indiki şəraitdə azərbaycanlı zəvvarlar üçün ümrə ziyarətinin reallaşması qeyri-mümkündür:
“Yaxın gələcəkdə yoluxma dinamikası aşağı düşərsə, digər məsələlər də öz həllini taparsa, qaydalar çərçivəsində həcc ziyarətini həyata keçirmək olar. Ümrə ziyarəti vacib bir ziyarət deyil. Vacib ziyarət yalnız həcc ziyarətidir”.
Hacı Şahin bildirir ki, belə bir şəraitdə ümrə ziyarətinə yollanmağa ehtiyac yoxdu:
“Həcc ziyarətinin tərkib hisəsi olaraq da ayrıca bir ümrə ziyarəti var. Həcc dövründə icra olunur. O da yay aylarında təsadüf edir. Ona kimi panedemiya da tədricən aradan qalxacaq və ziyarətlərimizi bəlli qaydalarla reallaşdıra biləcəyik”.
Gülşanə Mustafayeva, Bizim.Media